Oxu |
|
Yazı |
- Oxunun məqsədini müəyyən edin. (Bu mətni nə üçün oxuyuram?)
- Verilmiş mövzu haqqında indiyə qədər öyrəndiklərin, eşitdiklərin, gördüklərin barədə fikirləş. (Mən bu haqda nə bilirəm?)
- Mətnlə bağlı fərziyyələr irəli sür. (Burada söhbət nədən gedə bilər?)
|
İşdən
əvvəl |
- Yazının məqsədini və kimlərə ünvanladığım müəyyən edin. (Nə üçün yazıram və kimin üçün yazıram?)
- Mövzu ilə bağlı bildiklərinizi yazın və əlavə məlumatlar əldə etmək üçün planlaşdırma aparın.
- Ardıcıllığı müəyyən etmək üçün planlaşdırma aparın. (Plan bir məsələdən digərinə
keçməkdə sizə yardımçı olacaq.)
|
- Əsərin əsas ideyasını müəyyən edin.
- Müəllif ideyanı necə formalaşdırıb, oxucunu inandıra bilibmi?
- Mətndəki fikirlər ardıcıllıqla düzülübmü?
|
İş
zamanı |
- İdeyanı aydın ifadə edin.
- Fikirlərinizi nümunə və konkret faktlarla əsaslandırın.
- Yazıdan əvvəl apardığınız qeydlər əsasında mətnin ardıcıllığını müəyyən edin. (Belə
etsəniz, fikirlərinizin oxucuya asan çatdırılmasına nail olarsınız.)
|
- Mətni oxuyun və qiymətləndirin. (Fikirlər dəqiq ifadə edilmisdirmi?
Ümumiyyətlə, fikirlərin ifadəsi sizi qane edirmi?)
- Oxuduqlarınızı ətrafınızda baş verən hadisələrlə, digər oxuduğunuz mətnlərlə əlaqələndirin.
- Oxuduğunuz mətn üzərində bir daha düşünün.
|
İşdən
sonra |
- Yazdığınız mətni yoxlayın və qiymətləndirin. Yaxınlarınızın yazı ilə bağlı fikirlərini nəzərə almaqla yazının keyfiyyətini yüksəltməyə çalışın.
- Yazını divar qəzetində çap etməklə, yaxud internetdə yerləşdirməklə oxucularına çatdırın.
- Yazdığınız mətn üzərində bir daha düşünün.
|