1. Oxucunu cəlb etmək üçün yazmı ona tanış olan bir məlumatla başlayın.
2. Əvvəlki mərhələdə ardıcıllıqla düzdüyünüz fikirləri bir-bir təqdim edin.
3. Həmin fikirləri dəftərçənizdə apardığınız qeydlərdən istifadə etməklə əsaslandırın.
4. Sonda fikirləri bir yerə toplayın və mətni yekunlaşdırın.
Tapşırıq 4. Müəllimin təqdim etdiyi mövzuda esseni, demək olar ki, başa çatdırdınız. “Demək olar ki” ifadəsini təsadüfən işlətmədik. Essenin başa çatması üçün qarşıda hələ görməli olduğunuz bir sıra işlər var. “Yazıdan sonra” təlimatını oxuyun və onları yerinə yetirməklə yazını başa çatdırın.
1. Yazdığınız mətni oxuyun və fikirləşin: “Nəzərdə tutduğum fikri nə qədər aydın çatdıra bildim?”
2. Yoldaşlarınızdan xahiş edin ki, yazınızı oxusunlar, irad və təkliflərini bildirsinlər.
3. İrad tutulan məsələlər barədə düşünün. İradlar ağlınıza batırsa, yazınızın üzərində bir daha işləyin.
4. Yazmı təkrar yoxlayın.
5. Sonda fikirləşin: “Bu yazını yazdığım müddətdə yeni nə öyrəndim?” Yeni öyrəndikləriniz barədə də qeydlər etməklə yazını müəllimə təqdim edin.
Öyrəndiklərimiz haqda düşünərkən
Oxu və yazı prosesi
Yəqin, öyrəndiniz ki, həm oxu, həm də yazı prosesi oxşar ardıcıllıqla, oxşar yollarla həyata keçirilir. Oxu prosesində mətnlərdə ifadə olunan əsas fikri aşkar etməyə çalışmışsınız. Yazı prosesində isə əsas fikirlərinizi oxucuya çatdırmağa cəhd göstərmişsiniz. Aşağıda təqdim edilən cədvəl bu oxşar və fərqli cəhətləri daha yaxşı müəyyən etməkdə, həm yazı, həm də oxu prosesi bitdikdən sonra öyrəndiklərinizi uğurla tətbiq etməkdə sizə kömək edəcək.
Oxu və yazı sütunlarında göstərilənləri qarşılaşdıraraq oxuyun və düşünün: “Mən yazanda və oxuyanda bunları edirəmmi?”