- Məlumat necə yadda saxlanılır? Gördüyünüz mənzərənin təsvirini
olduğu kimi yaddaşınıza həkk etmək üçün əvvəlcə diqqətinizi
cəmləyin. Əgər siz hər hansı məkanda müşahidə aparırsınızsa, eşitdiyiniz
səslər, duyduğunuz qoxu və dadla da bağlı qeydlər etməlisiniz.
Müşahidə apararkən başqa oxşar səslər, qoxu və dad yadınıza
düşürsə, bunları da dəftərçənizə yazın.
-
Araşdırma nə üçün aparılır? Araşdırma yazacağınız mövzu ilə
əlaqədar lazım olan məlumatları toplamaq üçün aparılır. Həmin
məlumatları yazmaq istədiyiniz mövzuya dair materialları oxumaqla
və ya bu barədə bilgiləri olan insanlarla söhbət etməklə
toplaya bilərsiniz. Topladığınız məlumatın köməyi ilə siz heç vaxt
görmədiyiniz əşya və hadisəni, yaxud heç vaxt olmadığınız bir
məkanı da təsvir edə bilərsiniz.
Tapşırıq 3. Tərtib etdiyiniz plan üzrə “Üçrəngli bayraq” mövzusunda
esse yazın. Yazı zamanı əməl olunmalı qaydaları nəzərdən qaçırmayın.