Tapşırıq 1. Azərbaycan Respublikasının bayrağının təsvirinə dair “Üçrəngli bayraq” mövzusunda esse yazmaq üçün hazırlıq işləri aparın.
1. Əvvəlcə essenin mövzusu haqqında fikirləşin: təsvir edərkən hansı məsələlərə əhəmiyyət verəcəksiniz?
2. Bu suallar üzərində düşünün: “Bu yazının oxucusu kim olacaq?” və “Siz oxucunuza nə demək istəyirsiniz?”(ideya)
3. Mövzu haqqında bildiklərinizi qeyd edin.
4. Məlumat toplamaq üçün təsvir etmək istədiyiniz əşyanı və ya hadisəni müşahidə edin.
5. Topladığınız məlumatlardan istifadə etməklə və onları qruplaşdırmaqla ideyanı yaradan fikirləri müəyyən edin.
6. Verilmiş sxemi dəftərinizə çəkin.
7. Müəyyənləşdirdiyiniz fikirləri verilən sxem üzrə ardıcıllıqla düzün.
8. İdeyanı yarada bilən fikirlərə diqqət edin. Əvvəlcə baş verən hadisənin səbəbini göstərin, sonra ondan irəli gələn nəticəni təqdim edin.
9. İdeyanı yaradan fikirlər üzərində bir daha düşünün: bu fikirlər ideyanın çatdırılmasına xidmət edirmi?
10. Yazının planını tərtib edin.
Tapşırıq 2. Təsvir edəcəyiniz əşya və hadisələri müşahidə edin, məlumatları yadda saxlayın və araşdırma aparın.