Könüllərin müqəddəs əməllərindən gəlir,
Qüdrət görmək istəyən Azərbaycana gəlsin.
Payızında, qışında, baharında, yazında,
Dinər dostluq nəğməsi könüllərin sazında.
Sabaha addımlayan mərd oğlunda, qızında,
Qeyrət görmək istəyən Azərbaycana gəlsin.
Sonsuz gözəlliyindən çətindir, məncə, doymaq,
Məhəbbəti, şöhrəti dolanır oymaq-oymaq.
Bayrağının altında alnıaçıq-üzüağ,
Millət görmək istəyən Azərbaycana gəlsin.
Süleyman Rüstəm