Qorxaq dovşan, əlbəttə, cəsarətlə, ətrafına baxmadan talanın ortasından düz keçib gedə bilərdi. Lakin onda necə eləsin ki, belə bir bədbəxtliyə düçar olmasın: xəzan yarpaqları pıçıldaşır, tülkü də yarpaqların pıçıltısı altında yavaşca dovşanın dalınca sürünür. Cəsarətli dovşan yarpaqların pıçıltısından qorxmur, ətrafa boylanmır və birdən kürən sinəli tülkünün əlinə keçir.
Mixail Prişvin
(Tərcümə edəni E.Rəhimov)
Tapşırıq 3. “Tala” hekayəsini oxudunuz. Oxu başa çatandan sonra aşağıda qeyd edilmiş “Oxudan sonra” təlimatını ardıcıllıqla yerinə yetirin.
1. Başa düşdüklərinizi dəqiqləşdirmək üçün mətnə bir daha nəzər salın.
2. Düşünün: Yazıçı bu əsərdə oxucusuna nə demək istəmişdir?
3. Əgər bunu etmək sizin üçün çətindirsə, növbəti tapşırıqda ideyanın müəyyən edilməsinin yollarını öyrənin.