Dovşan şöngüdü, ətrafına boylandı: hər yanda xışıltı, hara qaçsın?
Talanın ortasından düz keçə bilmədi, kənardan bir tozağacının altından o biri tozağacının altına qaça-qaça getdi.
Kim meşədə bir şeydən qorxursa, yaxşısı budur yarpaqlar töküləndə, yarpaqlar pıçıldaşanda meşəyə getməsin.
Pıçıltıları eşidən dovşana elə gəlir ki, kim isə onu izləyir.