Müəllim! Tez durub, gec yatanımsan,
Bu gün, sabahımı yaradanımsan!
Mən bir toxum idim, sabahım sirdi,
Mənə şəkil verən, rəng verənimsən.
Məni bu dünyaya anam gətirdi,
Sənsə bitirənim, yetirənimsən.
Müəllim! Düşüncə güllərimizi
Əqlilə suvaran bir bağban oldu.
Endirdi yerlərə atamız bizi,
Müəllim — göylərə qaldıran oldu.
Xəyala qol-qanad, gözə nur verdi. Müəllim! Biz sənə borcluyuq ancaq. Əmir Teymura da şərəf gətirdi Ayağın altında əbədi yatmaq!
Şagirdin sayıdır dövlətin, varın, Bilməz bu qazancı, bilməz hər naşı.