Ələmdar Quluzadə 1952-ci ildə Xocalıda anadan olmuşdur. Azərbaycan uşaq şeirinin maraqlı nümunələrini yaratmışdır. “Dağların yaddaşı”, "Ömür-gün qabaqdadır”, "Qarabağ oyunu”, "Şəhidşəhər”, "Alay komandiri”, "Qadan alım, Qarabağ” və s. kimi kitabları n müəllifidir. Onun şeir və poemaları ilə yanaşı, nağıllarını, pyeslərini də oxucular böyük maraqla qarşılamışlar.
Fuad Tanrılı 1932-ci ildə İrəvan şəhərində anadan olmuşdur. Ədəbi yaradıcılığa "Göyərçin” jurnalında çap olunan “Alma” adlı ilk hekayəsi ilə başlamışdır. Çoxlu sayda uşaq hekayəsi və tamaşaların müəllifidir. "Uçub səni taparam”, "Mənim günəşim”, "Gilavar-2 əməliyyatı ”, "Elçinurun üç səyahəti”, "Mənim evim nağıldadır” və s. kitabları nəşr olunmuşdur.
Mixail Prişvin "Saşok”, "Sehrli kürənin arxasında”, "Meşə damcısı”, "Təbiəlin təqvimi” və s. xatirələr və nağıllar kitablarının müəllifidir. Onun "Bir qurtum su”, "Meşə həkimi”, "Qarlal yuvası”, "Quşların və heyvanların danışığı” kimi hekayələri təsviri əsərlərin gözəl nümunələridir. Bu əsərlərinə görə M.Prişvini "rus təbiətinin nəğməkarı” adlandırırlar.
Boris Polevoy 1908-ci ildə Moskvada anadan olmuşdur. 1946-cı ildə yazdığı hərbi pilot A.P.Meresyevdən bəhs edən "Əsl insan dastanı” romanı geniş oxucu kütləsinin rəğbətini qazanmışdır. "Biz sovet adamlarıyıq” hekayə və oçerklər kitabı, "Qızıl”, "Çılpaq sahildə”, "Həkim Vera” romanları müharibə və dinc quruculuq illərində insanların həyatından bəhs edir.
1981-ci ildə Moskva şəhərində vəfat etmişdir.