Mikayıl Rzaquluzadə 17 mart 1905-ci ildə Bakıda anadan olmuşdur. “Qaranquşyuvası”, “Elgücü”, “Qu gölü”, “Ölkənin çiçəkləri”, “Nəsillərdən nəsillərə” (seçilmiş əsərləri), “Quş dili bilən Orxan”, “Yazgünəşi” (seçilmiş əsərləri) əsərlərinin müəllifidir. O, yaradıcılığı boyu vətənin müqəddəsliyindən, onu yaraşığa mindirən uca dağların füsunkar gözəlliyindən, münbit torpaqların varından və bərəkətindən söhbət açmışdır.
Mikayıl Rzaquluzadə 10 noyabr 1984-cü ildə vəfat etmişdir.
Əliağa Kürçaylı 1928-ci ildə Salyan rayonunda anadan olmuşdur. Şair, dramaturq, tərcüməçidir. “İnsan həsrəti”, “Uşaqlıq”, “Durnalar cənuba uçur”, “Adil adam”, “Ana” və s. poemaların müəllifidir. Əməkdar incəsənət xadimi adına, "Bülövlük” adlı son kitabına görə Azərbaycan Dövlət mükafatına layiq görülmüşdür.
1980-ci ildə vəfat etmişdir.
Mustafa Çəmənli 1947-ci ildə Ağdam rayonu Çəmənli kəndində anadan olmuşdur. Milli musiqi ifaçılığı sənə tinin təbliğinə görə Mətbuat Fondunun “Dan ulduzu” mükafatına, “Xallı gürzə” tarixi romanına görə “Yaddaş” milli mükafatına, Milli Mədəniyyətin Təbliği Mərkəzinin “Uğur-2008” mükafatına, “Ölüm mələyi” tarixi romanına görə Mədəniyyət Nazirliyinin “Qızıl kəlmə” mükafatına, 2018-ci ildə isə "Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülmüşdür.