Hikmət Ziya 1923-cü ildə Şəki şəhərində anadan olmuşdur. Ədəbi yaradıcılığa 1952-ci ildə “Azərbaycan pioneri” qəzetində çap edilən “Qeqola” adlı şeiri ilə başlamışdır. Çoxlu təmsilləri, “Atamın hədiyyəsi”, “Bahar gözəldir, ya qış?”, “Milçək ürəyi” və s. kitabları nəşr olunmuşdur. Uşaqlar üçün buraxılan “Azərbaycan pioneri ” qəzetində və “Göyərçin ” jurnalında müxtəlif vəzifələrdə işləmişdir.
1995-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Tofiq Bayram 1934-cü ildə Bakı şəhərində anadan olmuşdur. Şair, tərcüməçi kimi də fəaliyyət göstərmiş yüksək keyfiyyətli tərcümələri ilə oxucuların rəğbətini qazanmışdır. Yazıçı “Mənim şair xalqım”, “Azərbaycan deyəndə”, “Məsl'əkim-sil'ahım” və s. kimi kitabların müəllifidir.
1991-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Lev Tolstoy 9 sentyabr 1828-ci ildə Yasnaya-Polyanada anadan olmuşdur. Əsərlərində insanlığın cürbəcür məsələlərinə toxunan Tolstoyun dünya ölçüsündə bir sənət və fikir dəyəri vardır. Realist ədəbiyyatın ən böyük təmsilçilərindən olduğu qədər, bir filosof, bir maarifçi olaraq da şöhrət qazanmışdır. “Diriliş”, “Gəncliyim”, “Uşaqlıq”, “Hacı Murad”, “Ayaqlanış”, “Sergey ata”, “Tanrı Bizim İçimizdədir”, “Kazaklar”, “Təsadüf”, “İki Süvari” kimi əsərləri vardır. Dünyagörüşü və yaradıcılığında islam dini böyük yer tutur. L.Tolstoy 1910-cu il noyabr ayının 22-də Yasnaya Polyanada dəfn olunmuşdur.