Bəxtiyar Vahabzadə Azərbaycanın görkəmli ədibi, Xalq şairi 1925-ci il avqustun 16-da Nuxa şəhərində anadan olmuşdur. "İkincisəs”, “Vicdan”, “Yağışdansonra”, “Yollara izdüşür”, “Fəryad” və “Haragedir bu dünya”, “Özümüzü kəsən qılınc”, “Cəzasızgünah”, “Dar ağacı”, “Rəqabət” pyeslərinin, “Muğam”, “Gülüstan”poemalarının, 70-dən artıq şeir kitabının müəllifidir.
Bəxtiyar Vahabzadə 13 fevral 2009-cu ildə Bakı şəhərində vəfat eitmişdir.
Nəbi Xəzri 1924-cü ildə Bakı şəhərində doğulmuşdur. Nasir, dramaturq, publisist, tərcüməçidir. Azərbaycanın Xalq şairidir. Nəbi Xəzrinin yaradıcı lığı müasir Azərbaycan poeziyasının parlaq səhifələrindən birini təşkil edir. Yazıçı “İllər və sahillər”, “Ulduz karvanı”, “Torpaq sənə and içirəm”, “Əsrin qanlı laləsi” və s. kitabların müəllifidir. “Şöhrət” ordeni və “İstiqlal” ordeni ilə təltif olunmuşdur. Şeirlərinə çoxlu mahnılar bəstələnmişdir.
2007-ci ildə vəfat etmiş, Fəxri xiyabanda dəfı olunmuşdur.
Teymur Elçin 1924-cü ildə Şuşa şəhərində anadan olmuşdur. Ədəbiyyat aləminə ilk cığırı “Qar qız” şeirlər kitabı ilə açmışdır. “Qulaq asın danışım”, “Laylalar”, “Torağayın nəğməsi”, “Balaca ulduzlar” ki tablarının müəllifidir. Uşaqlar üçün yazdığı şeirlərinə gözəl uşaq mahnıları bəstələnmişdir.
1992-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Əzizə Cəfərzadə 1921-ci ildə Bakı şəhərində anadan olmuşdur. Oxucu rəğbəti qazanmış “Aləmdə səsim var mənim”, “Vətənə qayıt”, “Yad et məni” və başqatarixi romanlar yazmışdır. Uşaqlar üçün yazılmış “Qızımın hekayələri”, “Anamın nağılları”, “Çiçəklərim”, “Pişikdili” kimi hekayə və nağılların müəllifidir. 2001-ci ildə “Azərbaycan Anası” və Xalq yazıçısı kimi yüksək adlara layiq görülmüşdür.
2003-cü ildə Bakı şəhərində vəfat etmişdir.