Bədii əsərlərdə ideyanın
müəyyən edilməsi
Təsviri mətnlərdə ideya əşya və ya hadisənin xüsusiyyətlərini və onlarla bağlı müəllifin təəssüratlarını əhatə edir. Belə yazılarda ideya fikirlərlə ifadə edilir və oxucuya hissə-hissə çatdırılır.
Nə öyrənəcəksən?
Tapşırıq 1. “Müəllim” şeirini oxumazdan əvvəl “Oxudan əvvəl” təlimatını (səh. 12) yerinə yetirin. Məntiqi vurğunu* gözləməklə şeiri ifadəli oxuyun. Oxuyarkən çərçivələrdə verilmiş suallar üzərində düşünün. Fikrinizi toplayın, başlığı oxuyun. “Müəllim” sözünü eşidən zaman fikrinizə gələn ilk beş sözü yazın.
Düşünün: Müəllimin sizin həyatınızda rolu nədən ibarət olub? İndiyə qədər müəllim haqqında hansı əsərləri oxumuş, filmlərə tamaşa etmişsiniz? Bu informasiyaları hansı mənbələrdən almışsınız? Bu şeirdə müəllimin təsvirində hansı məsələlərə yer verilib? Sizcə, bu şeirdə nədən bəhs edilə bilər?
BƏXTİYAR VAHABZADƏ. “MÜƏLLİM”
(Bədii əsərlərdə ideyanın müyyən edilməsi)
MÜƏLLİM
Müəllim! Gözəldən gözəldir bu söz —
Körpə könüllərdə məşəl yandıran!
Hələ yazılmamış, hələ qırışsız
Hamar beyinləri cilalandıran.
* Məntiqi vurğu cümlədə sözlərdən birinin digərlərinə nisbətən qüvvətli tələffüz olunması ilə yaranır. Məntiqi vurğulu söz, adətən, xəbərin yanında yerləşir.