Qılınc qap, Vətən oğlu,
Bizi Vətən çaüırır!
Gücünə qəzəbini,
Zəhmini də qata bil,
Düşmənin marığında
Pələng kimi yata bil.
Bu dağları baba bil,
Bu daşları ata bil!
Qılınc qap, Vətən oğlu,
Bizi Vətən çağırır!
Bizi Vətən çağırır!!!
AZƏRBAYCAN CAVANLARI
El çələngi
Azərbaycan cavanları,
Yeriyin düşmən üstünə!
Koroğlular, Cavanşirlər,
Mərd gedin meydan üstünə!
At salın, girin meydana,
Cəng edin, mərdi-mərdana,
Boyansın düşmən al qana,
Hər biriz bir xan üstünə!
Səttarxan da keçib candan,
Qorxusu yox bəydən, xandan,
Tülkülər qaçar meydandan,
Gələmməz aslan üstünə!