Mirəli Vəkiloğlu
HƏMRƏYLİK BAYRAMIN
MÜBARƏK OLSUN!
31 Dekabr Dünya Azərbaycanlılarının
Həmrəyliyi Gününə
Salam, Azərbaycan oğlu, salam, a qardaş,
Həmrəylik bayramın mübarək olsun.
Yetər təklənmişik, gəl olaq sirdaş,
Həmrəylik bayramın mübarək olsun!
Birləş yumruq kimi, dünyaya səs sal,
Gir meydana, qılınc oynat, zəfər çal,
İrəli dur, düşmənindən qisas al,
Həmrəylik bayramın mübarək olsun!
Qalx ayağa, sil gözünün yaşını,
Daha bəsdir, artıq dik tut başını,
Ulu öndər qoydu təməl daşını,
Həmrəylik bayramın mübarək olsun!
Sən coşqun dənizsən, ləpələnmisən,
Bir uca dağ idin, təpələnmisən,
Bütün yer özünə səpələnmisən,
Həmrəylik bayramın mübarək olsun!
Zəngəzur, Naxçıvan, Təbriz, Qarabağ,
Bu birlikdən gətir bizə bir soraq,
Başın üstündəki üçrəngli bayraq,
Həmrəylik bayramın mübarək olsun!