Tapşırıq 2. “Alim və quldur” hekayəsini oxudunuz. Oxu başa çatandan sonra aşağıda qeyd edilmiş “Oxudan sonra” təlimatını ardıcıllıqla yerinə yetirin.
1. Başa düşdüklərinizi dəqiqləşdirmək üçün mətnə bir daha nəzər salın.
2. Düşünün: Yazıçı bu əsərdə oxucusuna nə demək istəmişdir?
3. O buna nail olubmu? Nəyə görə belə düşünürsünüz?
4. Əsərdəki əsas fikri ifadə etmək üçün aşağıdakı tapşırıqlardan birini yerinə yetirin:
♦ inşa yazın;
♦ şəkil çəkin;
♦ plastilinlə fiqur yapın
♦ aplikasiya hazırlayın.
Ev tapşırığı:
Sinifdənxaric oxu materiallarından Abdulla Şaiqin “Kiçik qəhrəman” əsərini “Oxudan əvvəl”, “Oxu zamanı”, “Oxudan sonra” təlimatına uyğun ifadəli oxuyun. İstəsəniz, əsas fikirlə bağlı kiçik şeir, yaxud hekayə də yaza bilərsiniz.
Hekayə yazılı ədəbiyyat nümunəsidir.
Hekayədə insan həyatının konkret bir səhnəsi və ya müəyyən bir hadisə yığcam şəkildə təsvir edilir. Burada qəhrəmanların sayı az olur. Azərbaycan ədəbiyyatında C.Məmmədquluzadə, Ə.Haqverdiyev, N.Nərimanov, S.S.Axundov, Y.V.Çəmənzəminli və b. hekayə janrında gözəl əsərlər yaratmışlar.