Yoxsa siz dava
Edirsiz, dostlar?
Qoca danışdı
Öz əməlindən.
Dedi: — Pələngi
Bu kisədə mən
Xilas eylədim,
Rəhmə gələrək.
Tülkü söylədi:
— Kələkdir, kələk.
İnanmayıram
Sözlərinizə.
Yalan danışmaq
Yaraşmaz sizə.
Düşünün bir az,
Un kisəsinə
Pələng sığışmaz.
Pələng qaldırdı
Öz pəncəsini:
— Bu, yalan deyil,
Tez kəs səsini!
Elə bu saat
Sübut üçün mən
Həmən kisəyə
Girə bilmərəm.
— Ey igid pələng,
Göstər gücünü,
Məharətini.
Qoy hamı bilsin,
Bu qüdrətini.
Pələng kisəyə
Girdi qəzəblə.
Tülkü söylədi:
— Bax, belə, belə!..
Kisəni tezcə
Bağladı onlar
Pələng qışqırdı:
— Sizə sözüm var.
Gəlin dost olaq,
Yoldaş olaq biz.
A kəndli qardaş,
Sirdaş olaq biz.
Qoca söylədi:
— Sən səsini kəs.
İlan sancmasa,
Dayana bilməz.
Mən aldanmaram
Artıq yalana.
Qoy lənət olsun,
Sən tək ilana.