Gizləndi pələng.
Kəndli sürətlə
Kəndə yollandı
Qulaqlarında
Pələngin andı,
Səsləndi hər an.
Bir dəstə ovçu
Elə bu zaman
Yanaşıb ona
Dedi: — Əmi, siz
Xallı pələngi
Görməmişsiniz?
Qoca söylədi:
— Görməmişəm mən
O qaça bilməz
Əsla gözümdən.
Düzəlib yola
Getdi ovçular.
Qoca söylədi:
— Nə günahım var —
Yaxşılıq etdim
Mən bu heyvana.
Yenidən həyat
Vermişəm ona.
Kisəni açıb,
Qoca sevincək
Dedi: — Ay pələng,
Artıq azadsan.
Bir xahişim var:
Ellərə dost ol,
Olma ziyankar.
Pələng qəzəblə
Kəndliyə baxdı,
Dedi: — Doğrudan,
Qoca axmaqdı,
Heyrətə salmış,
Bu hindli məni.
O xilas etmiş,
Öz düşmənini.
Dedi: — Ay qoca,
İndi isə mən
Səni bir anda,
Məhv edəcəyəm.
Qoca söylədi:
— Sən düşün bir az.
Səni düşməndən
Mən etdim xilas.
Bəs nədəndir sən
Bu yaxşılığa
Pislik edirsən?!
Pələng dilləndi:
— Bu, adətimdir.
Yırtıcı olmaq
Xasiyyətimdir.
Xilaskarımsan,
Danmayıram mən.
Lakin yaxşılıq
Qanmayıram mən.
İndi, ay qoca,
Yeməsəm səni,
Pələng dostlarım
Qınayar məni.
Qoca yalvarıb
Kömək istədi.
Pələng qocanı
Yemək istədi.
Bir tülkü çıxıb
Bu zaman koldan
Dedi: — Keçirdim
İndicə yoldan.
Gördüm səs gəlir.
Nə olmuş, nə var?