Onun şərəfidir, onun öz adı,
Neçə gənc mühəndis, neçə həkim qız.
Cavan pilotlardır onun qanadı,
Odur ki göyləri gəzir qayğısız.
Müəllim! Böyükdür, yüksəkdir bu ad,
Onu uca tutmaq şərəfdir bizə,
O, öz qayğısıyla firavan, azad,
Nəsillər yetirir ellərimizə.
Gəlin alqış deyək, dostlar, ürəkdən,
Əsl müəllimtək yaşayanlara.
Şeirimlə gül dəstə bağlayıram mən,
Bu adı şərəflə daşıyanlara!