İlahi bir vergidən,
eyhamdan, işarədən,
Yoldan, cığırdan, izdən,
Atabəy Eldəgizdən,
Möminə xatun adlı
türbənin naxışından,
Günəşin ışığından,
buludun yağışından,
Çəmənlərin dumduru
şehindən doğulurdu.
Kimdi Məhəmməd Cahan,
kimdir Memar Əcəmi,
Bu yurdun memarından,
şahından doğulurdu...