Bir gün əskik olmadı
laylası, oxşaması,
Atanın yeridiyi
yerişlə, tərpənişlə,
Ananın danışdığı
şirin dillə böyüdü...
Ana onu bir dəfə
doğub verdi dünyaya,
O, hər gün bir nəğmədən,
bir səsdən doğulurdu.
Dar komadan, daş evdən,
məbəddən, məqbərədən,
Sıldırımdan, keçiddən,
aşırımdan, bərədən,
Məsciddən, minarədən,
haqqın ona verdiyi