Yazının şagirdlər tərəfindən yoxlanması
2. Qrammatik səhvləri aşkar etmək üçün yazınızı bir də oxuyun. Ehtiyac yaranarsa, orfoqrafik lüğətdən, yaxud izahlı lüğətdən istifadə edin. Orfoqrafik qaydalar baxımından yazınızı bir daha yoxlayın. Aradan qaldırılması mümkün olan bütün səhvləri düzəldin. Yaxınlarınızdan xahiş edin ki, sizin yazınızı oxusun. Bəzən sizin görə bilmədiyiniz səhvləri başqaları asanlıqla görə bilər.
☑ Yoxlama vərəqi 2
Düzəlişlər bitəndən sonra son variantı
yazın və ya çap edin
Yoxlamalar başa çatdıqdan soma düzəlişlər nəzərə alınmaqla mətni yeni vərəqə köçürmək lazımdır. Diqqətli olun ki, köçürmə zamanı yeni səhvlərə yol verməyəsiniz. Köçürəndən sonra mətni bir daha oxuyub müəllimə təhvil verin və ya yoldaşlarınıza təqdim edin.