Məhz bu məqam elə tərtib edilməlidir ki, oxucuda maraq doğursun.
ƏSAS HİSSƏ — bu hissədə aydınlaşdırılması nəzərdə tutulan məsələlər plandakı ardıcıllıqla təqdim edilir. Hər bir müddəada irəli sürülən fikir müxtəlif mənbələrdən əldə edilmiş fakt və məlumatlarla dəstəklənir. Hər bir müddəa üzrə fikirlərinizi sübut edən iki-üç faktın olması məsləhətdir. Bununla siz irəli sürdüyünüz fikri kifayət qədər əsaslandırmış olarsınız (bunun üçün əvvəlcə tutarlı, sonra daha tutarlı, sonda isə ən tutarlı fakt təqdim edilir).
NƏTİCƏ - diqqət bir daha araşdırılan məsələyə yönəldilir. İnşa yazılarkən fikirlər ümumiləşdirilir. Nəticə təqdim edilir. Sonda gəldiyiniz nəticənin səbəbi izah edilir. (Nə üçün mən belə qənaətə gəldim?)
Yazının şagirdlər tərəfindən yoxlanması
☑ Yoxlama vərəqi 1