I MƏRHƏLƏ
İnşa yazmaq üçün:
- Səy və həvəslə tədqiqatlara başlayın.
- Tədqiqatları apararkən mövzudan kənara çıxmayın. Bunu etmək
istəsəniz, müəllimlə məsləhətləşin.
-
Əgər müəllimin tapşırığı sizə tam aydın deyilsə, yenidən izah etmək
üçün müəllimə müraciət etdin.
- İşinizi elə qurun ki, onu uğurla başa çatdıra biləsiniz.
II MƏRHƏLƏ
Məlumat toplamaq öçön:
- Öyrəndiklərinizə bir daha nəzər salın.
- Ehtiyac yaranarsa, yazacağınız mövzu ilə bağlı internet səhifələrində
axtarışlar aparın.
-
Hər internet səhifəsində verilən məlumat etibarlı məlumat hesab
edilə bilməz. “edu” və “gov”-la bitən internet səhifələri dövlət
təşkilatlarını təmsil edir və bu səbəbdən də onlar etibarlı məlumat
kimi istifadə edilə bilər. Sonu “com”-la bitən internet səhifələrindəki
məlumatlarla isə bir qədər ehtiyatlı olmaq lazımdır. Digərlərindən
isə istifadə etməmək məsləhət görülür.
- Məktəb kitabxanasında da tədqiqatlarınızı davam etdirin. Bunun
üçün almanaxlar, xəritələr, kataloqlar, ensiklopediyalar, lüğətlər, qəzetlər,
jurnallar və s. əhəmiyyətli məlumat mənbəyi ola bilər.
- Məlumatları mövzu baxımından dəyərləndirərək oxuyun: “Bu
məlumat mənə lazımdır, ya yox?” Əgər lazımdırsa, qeydlərinizi aparın
və həmin mənbənin ünvanını yazın.
- Çap materiallarında müəllif, əsərin adı, çap olunduğu tarix və yer,
nəşriyyat, səhifənin nömrəsi qeyd edilir. İnternet səhifələrdən əldə
edilmiş məlumatlarda isə həmin səhifənin ünvanı, yaranma tarixi,
səhifədə iş apardığınız tarix yazılır.
- Sizə daha çox yaxın olan, sizi qane edən məlumat mənbələrini
yazıın. Bu gələcək tədqiqatlarınızda sizə yararlı olacaq.