Çox vacibdir ki, əvvəlcədən gözəl bir inşa yaza biləcəyinizə inanasınız. Yazı işini həvəslə yerinə yetirmək onun keyfiyyətini yüksəldər. Əgər bütün bunları etməsəniz, heç vaxt istədiyiniz nəticəyə nail ola bilməzsmiz. İnşa yazının uğurla yerinə yetirilməsi üçün onun tərtibi yolları ilə tanış olmnlısınız. İnşa yazı aşağıdakı mərhələlərdə həyata keçirilir:
I mərhələ | Özünüzün seçdiyiniz, yaxud müəllim tərəfindən verilən mövzu üzərində düşünün. |
II mərhələ | Məlumat toplayın. |
III mərhələ | Hansı məsələlərə toxunacağınızı (möddəalar) müəyyən edin və yazını planlaşdırın. |
IV mərhələ | Hər məsələ ilə bağlı qeydlər edin. |
V mərhələ | Yazının ilkin variantını hazırlayın. |
VI mərhələ | Həm tərtib etdiyiniz planı, həm də ilkin variantı bir daha nəzərdən keçirin. |
VII mərhələ | Düzəlişlər bitəndən sonra son variantı yazın. |
Tapşırıq 1.
1. Aşağıda təqdim edilən mövzulardan biri üzrə inşa yazıya hazırlaşın:
• “Ümummilli lider Heydər Əliyevin Azərbaycan üçün gördüyü hansı işlərin davamçısı olmaq istərdim?”
• “Şuşanın dünənini öyrənirəm, bu gününü unutmuram, sabahı üçün çalışıram”.
• “9 May faşizm üzərində Qələbə Günü — qalib olmaq məqsədimizdir”.
• “Bir kərə yüksələn bayraq bir daha enməz!”
2. Məlumat dairənizi genişləndirmək üçün kitabxanada, internet səhifələrində araşdırmalar aparın.
3. Tapdığınız fakt və məlumatlarla bağlı qeydlər aparın. Onların yerləşdiyi mənbəni də göstərin.