Əsərin ümumiləşdirilməsi və
nəticənin çıxarılması
Əsaslandırmaq. Baş verənləri əsərdən nümunələr, faktlar və sitatlar gətirməklə danışmaq.
Münasibət bildirmək. Əsərdə baş verənlərdən nəyin doğru, nəyin yanlış olması ilə bağlı fikirlər yürütmək.
Dəstəkləmək. Doğru hesab etdiklərinizi əsərdən nümunələr gətirməklə və ya şərhlər verməklə dəstəkləmək.
Nəticə çıxarmaq. Əsərdən hansı qənaətə gəldiyinizi bildirmək.
Tapşırıq 1. F.Tanrılının “Mən azərbaycanlıyam” hekayəsinin nəql edilməsi üçün qeyd vərəqini artıq yerinə yetirmişsiniz. Aparılmış bütün hazırlıq işləri əsəri ümumiləşdirmək və nəticə çıxarmaq istiqamətində atılmış addımlardır. Oxuduğunuz mətn üzrə fikirlərinizi cəmləşdirin, təqdim edilən qeyd vərəqinə yazın.