— Mən də sizə kömək edərəm. Keçən il iki balamı yeyib, ondan intiqamımı almaq üçün fürsət axtarırdım.
Qarışqalar və köstəbək üç gün, üç gecə yeri qazmağa başladılar. Ayının isə bundan xəbəri yox idi.
Bir gün ayı kefi kök öz mağarasına qayıdırdı... Gecə idi. Ayı ay işığında oynamağa başladı. O qədər atılıb-düşdü ki, quyunun üstündəki torpaq davam gətirməyib dağıldı. Ayı guppultu ilə quyuya düşdü. Qarışqalar ayıdan belə intiqam aldılar.
Ev tapşırığı:
R.Əfəndiyevin “Uşaq və qarışqa” hekayəsini oxuyun. Sizcə, uşaq əməlisaleh bir insan olandan sonra heyvanların qayğısına qalmaq üçün hansı işləri görə bilər? Hekayəni davam etdirin.