1. Fikrinizi cəmləşdirin.
2. Mətnin başlığını oxuyun.
3. Fikirləşin: “Bu barədə indiyə qədər nə oxumuşam, nə eşitmişəm, hansı tamaşaya baxmışam?”. Yəni “Mən bu barədə nə bilirəm?”
4. “Nə üçün bu mətni oxuyuram? Bildiklərimdən əlavə daha nələri öyrənmək maraqlı olardı?” sualları ətrafında düşünərək oxunun məqsədini müəyyən edin.
5. Başlıq və yarımbaşlıqlara, şəkillərə, həmçinin digər diqqət cəlb edən məqamlara nəzər salın.
6. Əldə etdiyiniz bu ilkin məlumatlara əsasən çalışın ki, mətndə nədən bəhs olunması barədə əvvəlcədən fərziyyələr irəli sürəsiniz. Həmin fərziyyələri qeyd edin.
1. Mətni ifadəli oxumağa çalışın*.
2. Mətnin necə qurulduğuna fikir verin. Ola bilər ki, mətndə əvvəlcə hadisələrin başvermə səbəbləri, sonra isə həmin hadisələrin nə ilə nəticələndiyi göstərilsin. Bəzi mətnlərdə isə əksinə olur. Yəni əvvəlcə nəticədən danışıb sonra bu nəticəyə gətirən səbəblərdən bəhs edilir.
3. İmkan olduqca oradakı hadisələri özünüzün və ya yaxınlarınızın həyatında baş vermiş hadisələrlə əlaqələndirin.
4. Nəyisə anlamadığınızı hiss etsəniz, dayanın. Yenidən oxuyun.
* Nəqli cümlələrin oxunuşunda səs əvvəlcə yüksəlir sonra qısa bir pauza edilir sonda səs alçalır Sual və əmr cümlələrində isə əksinə, cümlənin axırma yaxm səs ucalır.