Tapşırıq 2. “Şir və tülkü” nağılında şir və tülkü obrazlarına xas olan xüsusiyyətləri müəyyən edin. Həmin xüsusiyyətləri insanlar və xalqlar üzərinə köçürməklə münasibətinizi bildirin.
Ev tapşırığı:
Sinifdənxaric oxu üçün kitaba daxil edilmiş “Yaxşılığa yamanlıq” təmsilini (Tofiq Mütəllibov) oxuyun. Sxem üzrə verilən sualları cavablandırın.
Nağıllar şifahi xalq ədəbiyyatının çox qədim, həm də geniş yayılmış janrlarından biridir. Nağıllarda xeyirlə şər, işıqla qaranlıq, həyatla ölüm, haqla nahaq mübarizə aparır və həmişə xeyir şərə, haqq nahaqqa, işıq qaranlığa qalib gəlir. Nağıllar mövzusuna və məzmununa görə çox zəngindir. Nağılları sehrli nağıllar, heyvanlar haqqında nağıllar, ailə-məişət nağılları kimi qruplaşdırırlar. “Şir və tülkü” heyvanlar haqqında nağıldır.