Tapşırıq 1. Verilmiş nəqli mətni oxuyun. Aşağıda təqdim edilən sxemdən istifadə etməklə mətnin elementlərini müəyyənləşdirin.
ŞİR VƏ TÜLKÜ
(Nağıl)
Bir şir meşədə gəzirdi, gördü, bir tülkü o qədər arıqlayıb ki, yeriməyə taqəti yoxdur.
Şir dedi:
— Ay tülkü, sənə nə olub bu günə düşübsən?
Tülkü dedi:
— Bir həftədir acam, yeməyə heç nə tapa bilmirəm.
Şirin tülküyə yazığı gəldi, gedib bir heyvan parçaladı, gətirib tülküyə verib dedi:
— Tülkü qardaş, gəl doyunca ye, qıçlarına qüvvət gəlsin.
Tülkü dedi:
— Mənim hünərim deyil ki, sənin kimi qüvvətli heyvanın qabaüından ət yeyəm.
Şir dedi:
— Ay tülkü, qorxma, görmürsən, mən özüm gətirmişəm sən yeyəsən.
Şir nə qədər dedisə, tülkü inad göstərib ətə yaxın durmadı.
Axırda şir dedi: