ÇİLLƏLƏR
(Əfsanə)
Qış adlı bir kişinin Böyök Çillə, Kiçik Çillə, Boz Ay adlı öç oğlu var imiş. Qış əvvəlcə ilkini — Böyök Çilləni qırx günlük səfərə göndərir ki, gedib el-obaları gəzsin, dönyaya tamaşa eləsin. Görsün nə var, nə yox, adamlar necə yaşayır, necə işləyirlər?
Böyük Çillə altdan-üstdən bərk geyindi. Ağ qar yapıncısını da çiyninə salıb yola çıxdı. Az getdi, çox dayandı, çox getdi, az dayandı, axır ki, aralıq ayının, yəni dekabrın iyirmi ikisində gəlib el-obaya yetişdi.
Adamlar səhər yuxudan oyanıb çölə baxanda gördülər ki, paho, hər yan ağappaq qara bürünüb. O saat barmaqlarını dişlədilər ki, Böyük Çillə gəlib çıxıb. Deməli, nə az, nə çox, düz qırx gön dağda-düzdə, kənddə-kəsəkdə bu öz qar atını belədən-elə, elədən-belə çapacaq. Nə etməli, Böyük Çillənin qarından-soyuğundan qorxub evin bir köncünə çəkilmək olmazdı ki! Bəs onda iş-gücün qulpundan kim yapışsın?!
Çuvalların ağzı açıldı, buğda götürülüb, səməni göyərdildi. Göyərdilmiş səməni taxta çanaqda, tabaqda döyülüb suyu sıxıldı. Yeddi qonşu evdən un alınıb bu səməni suyunda sıyıq, xamır iri tavada ocaq üstə qoyuldu. Başladılar səməni halvası bişirməyə. Halva bişənə yaxın onun içinə badam, qoz ləpəsi də salındı. Uşaqlar, cavanlar, qızlar, gəlinlər dəstə ilə səməni tavasının başına dolana-dolana səs-səsə verib nəğmə oxudular:
Səməni, saxla məni,
İldə göyərdərəm səni.
Səməniyə saldım badam,
Qoymurlar bir barmaq dadam...
Halva bişəndən sonra qara istiot, darçın, mixək, razyana, ceviz, quluncan, badyan, qulsakəmər, zəncəfil, hil kimi ədviyyatları da döyüb ona qatdılar. Qoğalı, kündə şəklində yumurlanmış halvanı qonşulara da payladılar. Halvanı elə böldülər ki, hər payda badam, qoz ləpəsindən də oldu. Axı bu, həmişə el içində xeyir-bərəkət rəmzi sayılıb.