AKVARİUM BALIĞI
(Hekayə)
Balaca qırmızı balıq akvariumda üzüb fikirləşirdi. “Bir az böyüyən kimi dənizə, oradan isə okeana keçəcəyəm. Əslində, burada çətin bir şey yoxdu. Okeanda üzmək bu balaca şüşə akvariumda üzməkdən min dəfə asandı. Dalğalar səni ürəyin istədiyin səmtə atır. Nə qədər istəyirsən üz”. Əlbəttə, bu fikirlərini hamıdan gizlədirdi. Fikirləşirdi ki, birdən ata-anası razılıq verməz, ondan sonra bu
şüşədən çıx görüm, necə çıxırsan. Balaca qırmızı balıq o günü səbirsizliklə gözləyirdi. “Bircə bu üzgəclərim böyüsəydi, daha dərdim olmazdı, — deyə fikirləşdi. — Əlbəttə, quyruğumun böyüməsi də olduqca vacibdi”.
Bir dəfə akvariuma bir balıq saldılar. O, akvarium balıqlarına qətiyyən oxşamırdı. Bumu sivri, döşünün altı ağ idi. Üzgəcləri və quyruğu da şüşə evdə yaşa- yanlannkına bənzəmirdi. Təzə balığın belindəki pulcuqlar xala oxşadığına görə onu Xallı çağırdılar. Amma Xallı heç kəslə dostluq etmək fikrində deyildi. Həmişə tək dolanırdı və nəyinsə dərdini çəkdiyi üçün daim fikirli olurdu.
Bir dəfə balaca qırmızı balıq ona yaxınlaşıb dedi:
— Bu qədər fikir çəkməkdən yorulmadın? Bizim bu şüşə evimizin nəyi pisdir, hə?
Xallı ona çəp-çəp baxdı. Hiss olunurdu ki, Balacanın sözləri heç də xoşuna gəlmir.
Balaca da onun kimi başını aşağı salıb akvariumun lap dibi ilə üzməyə başladı. Xallı hiss edirdi ki, akvariumun içindəki balıqların, deyəsən, ən səmimisi elə bu Balacadır. Ona görə də bir dəfə dedi:
— Bura bax, Balaca, sən heç bilirsən ki, mən haradan gəlmişəm?
Balaca təəccüblə onun üzünə baxdı.
- Mən dəniz balığıyam, başa düşdün? Dəniz balığının akvariumda yaşaması mümkün deyil. Amma uşaqları necə başa salasan? Onlar bilmirlər ki, mən cəmi bir neçə aydan sonra o qədər böyüyə bilərəm ki, hətta onların bu şüşə evciyinə sığışmaram. Sonra görüm neyləyəcəklər.
Qırmızı balıq dedi:
— Ah, nə gözəl olardı ki, tez böyüyəydim. Ömrümdə böyük balıq görməmişəm.
— Ay axmaq! — deyə Xallı hirsləndi. — Böyümək heç də həmişə adama xoşbəxtlik gətirmir. Sənin xoşbəxtliyin elə balaca qalmağındadır.
— Yox! — deyə Balaca qışqırdı. — Böyümək və okeanları səyahətə çıxmaq mənim ən böyük arzumdur. Balaca qalmağn nəyi yaxşıdır ki?!