Bu aralıq bala ceyran daşa dəyib sıyrılan qıçını güclə sürüyə-sürüyə anasına doğru getdi. Ana ceyran ürəklənib yanaşdı və örkək baxışlarla ətrafını, Gülyazı nəzərdən keçirərək əziz balasını əmizdirməyə başladı.
Gülyaz da körpəsinə yanaşdı. Gözlərini ceyranlardan çəkmədən balasını qaldırdı və oyanan körpəsinə süd vermək üçün yaxasını açdı.
Onlar hər ikisi ana idi...
Əzizə Cəfərzadə
Tapşırıq 2. “İki ana” əsəri ilə yazıçı öz oxucusuna nə demək istəyib? Əsərin ideyasını müəyyən edin.
ZAHİD XƏLİL. “AKVARİUM BALIĞI”
(Əsər üzərində iş)
Tapşırıq 2. “Oxudan əvvəl” təlimatını yerinə yetirin (səh. 16).
Siz artıq bilirsiniz ki, süjetli bədii nümunələr müxtəlif hadisələrdən ibarət olur. Əvvəlki dərsdə siz nəqli mətndə hadisələrin ardıcıllığını müəyyən etməyi öyrəndiniz. Bildiniz ki, nəqlelmə xarakterli bədii nümunələrdə müəllif hadisələri ardıcıllıqla düzür və bu yolla əsas fikri oxucusuna çatdırır. Əvvəlki dərsdə oxuduğunuz “Ana laylası” mətnində hadisələrin sadə ardıcıllıqla düzüldüyünü müəyyən etdiniz. Lakin elə düşünməyin ki, bütün süjetli bədii nümunələrdə hadisələr eyni ardıcıllıqla düzülür. Aşağıdakı sxemlər hadisələrin düzülmə ardıcıllığının digər nümunələrini əks etdirir:
Tapşırıq 2. “Akvarium balığı” hekayəsini oxuyub hadisələrin ardıcıllığını müəyyən edin.