Bu məqsədlə o kömək almaq üçün Osmanlı imperiyası ilə danışıqlara başlamışdı. Düşmənlər Hacı Çələbi xanı məğlub etməyə çalışırdılar. Vətənimizi işğal etmək istəyən gürcü çarı bir sıra Azərbaycan xanlarını Hacı Çələbiyə qarşı ittifaq bağlamaq üçün düşərgəsinə dəvət etdi, lakin o, danışığa gələn xanlara xəyanət edərək onları əsir aldı. Bundan xəbər tutan Hacı Çələbi öz yaxın adamları ilə məşvərət etdi. Onlardan məsləhət istədi. Hamı xanların layiq olduqları cəzanı aldıqlarını bildirdi, lakin Hacı Çələbi xan bununla razılaşmadı, çünki xəyanət etsələr də, o, soydaşlarının düşmən əlində əsir olmasını istəmirdi. Ona görə də xanları azad etmək qərarına gəldi. Hacı Çələbi xanın qoşunu Kür çayını keçərək düşmən üzərinə hücuma keçdi. İgid xan və onun qoşunu qalib gəldi, qədim Azərbaycan torpağı olan Borçalını geri qaytardı. Təəssüf ki, bir müddət sonra Borçalı yenidən işğal edildi.
Şəki səfalı təbiəti ilə yanaşı, mədəniyyət abidələri ilə də zəngindir. Bu diyar Azərbaycanın ən qədim və ən zəngin mədəniyyət mərkəzlərindən biridir.