Nadir şah Əfşar Azərbaycan xalqının hərb sənəti tarixində dərin iz qoymuşdur. Nadir şah yoxsul bir ailədə anadan olsa da, öz qabiliyyəti və qəhrəmanlığı sayəsində hökmdar səviyyəsinə yüksəlməyi bacarmışdı. Onu “Şərqin son fatehi”* adlandırırdılar. O zaman dünyanın bir çox hökmdarları Nadir şah Əfşardan ehtiyat edir, onunla hesablaşırdılar.
*Fateh — fəth edən, ölkələri tabe edən