Heydər Əliyevin təşəbbüsü ilə Füzulinin 500 illik yubileyinin Azərbaycanda və bir çox türk dövlətlərində keçirilməsi nəyi sübut edir?
Dahi şair indiki İraqın Kərbəla şəhərində dəfn olunmuşdur. Onun adına ölkəmizdə şəhər, meydanlar, küçələr, bağlar və s. vardır. Bakının mərkəzində Füzuliyə əzəmətli abidə ucaldılmışdır. Şairin 500 illik yubileyi Azərbaycanda, bir çox türk dövlətlərində, ümumiyyətlə, dünya miqyasında onun sənətinə böyük məhəbbətlə qeyd olunmuşdur.
Məhəmməd Füzuli Vətənimizə şöhrət gətirən, xalqımızın adını daim uca saxlayan dahi şairimizdir. Onun yaradıcılığı dünya ədəbiyyatının inkişafına güclü təsir göstərmişdir.