Füzuli ayrı-ayrı hökmdarlara, hakimlərə, sərkərdələrə şeirlər yazmışdır. Şair bu əsərlərində onları ədalətli olmağa çağırmış, düzlüyə, dövrün hadisələrinə açıq gözlə baxmağa dəvət etmişdir. O, həyatın mənfi hallarının dövrün hökmdarlarının xarakteri ilə bağlı olduğunu yazırdı. Füzuli «ədalətli hökmdar» arzusu ilə yaşamışdı. Füzulinin əsərləri musiqimizin də inkişafına böyük kömək etmişdir. Onun qəzəlləri muğam sənətimizin inkişafına güclü təkan vermişdir. Məşhur bəstəkarlarımız şairin əsərlərinə musiqi yazmışlar.