«Meyvələrin söhbəti» əsərində saray adamlarının lovğalığından, onların bir-biri ilə çəkişməsindən danışan şair bu didişmənin dövlətin dağılmasına gətirib çıxardığını göstərir.
Füzuli öz əsərlərində təlim-tərbiyə haqqında qiymətli fikirlər irəli sürür. Savadlı olmadan xoşbəxt yaşamaq olmaz. Elmli insan cəmiyyətə daha böyük fayda verə bilər. O, təhsilə xüsusi fikir verilməsini tələb edirdi. Hesab edirdi ki, ibtidai təhsil dövründə şagirdlər savadlı yazmağa, yaxşı nitq mədəniyyətinə və müvafiq bacarıqlara yiyələnməlidir. Füzuliyə görə, elmin yolu daş-kəsəklidir və ona sahib olmaq üçün səy göstərmək, çalışmaq lazımdır. Elm nadan əllərə düşməməlidir. Onun nəticəsindən insanlar bəhrələnməlidir.
Füzuli «Sağlamlıq və xəstəlik» əsərində sağlamlığın qorunmasına sülhün, asayişin qorunması kimi baxır. Sağlamlığın xəstəliklə mübarizəsini təsvir edən şair sağlamlığın xəstəlik üzərində qələbəsini xeyirxahlığın, insanpərvərliyin, həyatın qələbəsi kimi qiymətləndirir.