Həsən padşah həm də qurucu hökmdar idi. O, Təbrizdə “Qeysəriyyə” adlı örtülü bazar və “Nəsriyyə” məscidini tikdirmişdi. Bu məscid gündə üç dəfə rəngini dəyişirdi. Məscidin nəzdində mədrəsə də fəaliyyət göstərirdi.
Həsən padşahın anası Sara Xatun* dövlət işlərində oğlunun ən yaxın məsləhətçisi idi. Sara Xatunu nəinki qonşu ölkələrdə, hətta Avropa ölkələrində də yaxşı tanıyır, hörmət edirdilər. Xarici ölkələrdən gələn elçilər, dövlət adamları ilk olaraq Sara Xatunla danışıqlar aparırdılar. O, dövrünün ən güclü dövlətlərindən olan Osmanlı dövlətinin hökmdarı sultan II Mehmetlə də danışıqlar aparmışdı. Bu danışıqlarda Sara Xatunun məqsədi iki qardaş xalq arasında müharibənin qarşısını almaq idi.
Bayandurlu sülaləsi bütün Azərbaycanı əhatə edən mərkəzləşdirilmiş hakimiyyət qura bilmədi. 15-ci yüzilliyin sonlarında hakimiyyət uğrunda mübarizə və ara müharibələri dövləti zəiflətdi.
Səbəb | Nəticə |
Həsən padşahın “Qanunnamə” qəbul etməsi | |
15-ci yüzilliyin sonlarında hakimiyyət uğrunda mübarizə və ara müharibələri |
*Sara Xatun — bəzi tarixi mənbələrdə Saray Xatun