Azərbaycan Respublikasının Konstitusiyası adlanan təməl qanunumuz var! Azərbaycan daim irəli addımlayır. Bu yolda doğma xalqını qələbədən-qələbəyə qovuşduran Prezidentimiz İlham Əliyev dünyanın sayılıb-seçilən dövlət başçılarından biridir. Müstəqil dövlətimizin ay-ulduzlu bayrağını uca zirvəyə qaldıran dahi siyasətçi Heydər Əliyevin — «Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır» — müdrik kəlamı artıq həqiqətə çevrilmişdir!
Məktəbli dostlar! Müqəddəs himnimizlə səsləşən bu müdrik kəlama, sizə bəslənilən etimada layiq olun! Namusumuzu, şərəfimizi, azadlığımızı, Azərbaycanımızı əbədiyyətədək qorumağa, yaratmağa hazır olun!