Çindən, Hindistandan və Avropa ölkələrindən gələn alimlər burada elmi tədqiqatlar aparırdılar. Beləliklə də, Marağa rəsədxanası Şərqin ilk çoxsahəli elm ocağı oldu.
Dağılmış Marağa rəsədxanası 16-cı əsrin əvvəllərində Azərbaycan hökmdarı Şah I İsmayıl tərəfindən yenidən bərpa edilmişdir. Marağa rəsədxanası Azərbaycan elminin çox qədim tarixi köklərə malik olduğunu sübut edir. Bu gün də Azərbaycanda göy cisimlərini tədqiq edən elmi mərkəz vardır. Bu, Şamaxı rəsədxanasıdır. Alimlər burada müasir cihazların vasitəsilə ulduzları, planetləri müşahidə edib tədqiqat işləri aparırlar. 1959-cu ildən fəaliyyətə başlamış bu rəsədxanaya Nəsirəddin Tusinin adı verilmişdir
2001-ci ildə Nəsirəddin Tusinin anadan olmasının 800 illiyi qeyd edilmişdir. Bu münasibətlə nəfis tərtibatlı poçt markası da buraxılmışdır. Dahi Azərbaycan alimi Nəsirəddin Tusinin əsərləri dünya elminin inkişafına güclü təsir göstərmişdir.