§ 18. AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN OYANIŞI
9-cu yüzillikdə Azərbaycanda müstəqil dövlətçiliyin bərpa edilməsi ilə ölkəmizdə mədəniyyətin müxtəlif sahələri inkişaf etməyə başladı. Bu dövrdə Azərbaycan dili xalq arasında vahid ünsiyyət dilinə çevrilmişdi.
Azərbaycanın tarixində iqtisadi və mədəni inkişaf 12-ci yüzillikdə ən yüksək mərhələyə çatmışdı. Bu dövrün mədəniyyətini intibah mədəniyyəti adlandırırlar. İntibah oyanış deməkdir. Bu dövrdə dünya şöhrətli şairlər yetişdi. Xaqani Şirvani, Nizami Gəncəvi, Məhsəti Gəncəvi və başqa şairlərin yazıb-yaratdıqları əsərlər bu gün də dünya ədəbiyyatının inciləri hesab edilir.