Şəmsəddin Eldəniz geniş torpaqlara sahib olan qüdrətli bir Azərbaycan dövləti yaratdı. Eldənizlər (Atabəylər) dövlətinin sərhədləri Dərbənddən İran körfəzinə qədər çox geniş əraziləri əhatə edirdi. Adi bir qulun hökmdar səviyyəsinə yüksəlməsi Şərqdə hər kəsin öz qabiliyyəti və bacarığına görə qiymətləndirilməsini göstərir.
Atabəylər dövləti dövründə Azərbaycan mədəniyyəti özünün intibah dövrününün zirvəsini yaşamışdır. Bu dövrdə məşhur alimlər, şairlər və memarlar yetişmişdir. Şəhərlər abadlaşmış və genişlənmişdir. Atabəylər dövlətinin ilk paytaxtı Naxçıvan Azərbaycanın ən qədim şəhərlərindən biri idi. Karvan yolu üzərində yerləşməsi burada sənətkarlığın və ticarətin inkişafına əlverişli şərait yaratmışdı.
Eldənizdən sonra hakimiyyətə gəlmiş oğulları Məhəmməd Cahan Pəhləvanın və Qızıl Arslanın dövründə dövlət daha da qüvvətləndi. Bu zaman Azərbaycan Atabəylər dövləti bütün Şərqin ən güclü dövlətlərindən hesab olunurdu. Təsadüfi deyil ki, Qızıl Arslan “sultan” titulu* qəbul etmişdi.
Şəmsəddin Eldəniz | Qızıl Arslan |
fərqli cəhətlər | oxşar cəhətlər | fərqli cəhətlər |
*Titul — fəxri ad, rütbə