Bu nəsildən olan hökmdarlar nəsli sonralar Səfəvilər adlanmağa başladı. Bu nəslin nümayəndələri Ərdəbildəki Şeyx Səfi məqbərəsində dəfn olunurdu. Görkəmli sərkərdə və dövlət xadimi olan Şah İsmayıl Xətai də burada dəfn olunmuşdur.
Şeyx Səfi məqbərəsinin ən böyük salonu kitabxana üçün ayrılmışdı. Bu kitabxananın əsası Səfəvilərin ulu babası olan Şeyx Səfi tərəfindən qoyulmuşdu. Burada çoxlu sayda qiymətli və nadir kitablar toplanmışdı. Həmin kitabxana 1828-ci ildə çar Rusiyası tərəfindən qarət olundu.
Səbəb | Nəticə |
13-cü yüzilliyin axırlarında Təbriz əhalisinin narazılığı | |
13-cü yüzilliyin əvvəllərində Azərbaycanda vahid dövlətin olmaması |
*Məqbərə — qəbirlərin üzərində xüsusi tikili