Əhvalat belə olmuşdu: o zaman Azərbaycanda qızıl, gümüş və mis pul işlənirdi. Alışverişdə əsas rolu qızıl və gümüş pullar oynayırdı. Yalnız xırda ticarətdə mis puldan istifadə edirdilər. Sarayın xərcləri artmışdı. Dövlət adamlarının bədxərcliyi nəticəsində xəzinə boşalmışdı. Buna görə də qızıl və gümüş alveri dayandırıldı. Hökmdar qızıl-gümüş pulların kağız pulla əvəz edilməsi barədə fərman verdi. Əhalinin güclü narazılığından sonra hökmdar kağız pul haqqında fərmanı ləğv etməyə məcbur oldu və Təbrizdə ticarət yenidən canlandı.
Təbriz şəhəri sənətkarlığın zəngin ənənələrinin inkişafında mühüm rol oynamışdır. Bu şəhər həm də Cənubi Azərbaycanda xalçaçılığın dünyamiqyaslı ən məşhur və iri mərkəzidir. Təbriz sənətkarılarının toxuduqları gözəl xalçalar hazırda dünyanın ən böyük muzeylərində saxlanılır.
Paytaxtı Təbriz olmuş dövlətlər: