Avropa səyyahlarından biri 14-cü yüzillikdə yazırdı ki, dünyanın ən böyük və zəngin şəhəri olan Təbrizin iqtisadi gəlirləri bütün Fransanın gəlirlərindən çoxdur.
Təbriz orta əsrlərdə həm də dünyanın elm və mədəniyyət mərkəzlərindən biri idi. Dövrünün böyük alimləri, memarları Təbrizdə fəaliyyət göstərirdilər. Miniatür rəssamlığının Təbriz üslubu bütün dünyada məşhur idi. 15-ci yüzillikdə inşa edilmiş Göy məscid və Həşt behişt sarayı möhtəşəm memarlıq abidələri olmuşdur. Dövrün tarixçisi Həşt behiştin dünyanın ən böyük saraylarından biri olduğunu yazırdı.
Təbriz ölkənin siyasi və mədəni həyatında mühüm rol oynayırdı. Təbriz əhalisi çox cəsarətli idi. Onlar hətta hökmdarların, şahların verdiyi ədalətsiz fərmanlara da etiraz edirdilər. 13-cü yüzilliyin axırlarında Təbriz əhalisi hökmdarın kağız pul buraxmaq haqqında fərmanına da etiraz etmişdi. Əhvalat belə olmuşdu: o zaman Azərbaycanda qızıl, gümüş və mis pul işlənirdi.