Uzaq ölkələrdən gələn tacirlər Bərdə sənətkarlarının hazırladığı məhsullara böyük maraq göstərirdilər. Onlar sənətkarların məhsullarını öz ölkələrindən gətirdikləri mallarla dəyişirdilər. Onların ən çox aldıqları mallar — ipək paltarlar, xalçalar, boyaq maddələri və s. məhsullar idi.
Ərəblərin hakimiyyəti dövründə xəlifənin göndərdiyi canişinin sarayı Bərdədə yerləşirdi. Bu səbəbdən də Bərdə iri sənətkarlıq və ticarət mərkəzi kimi daha da genişləndi.
Ərəb səyyahları Bərdəni "Arranın* anası", "Arranın baş şəhəri" adlandırmışlar.Əkinçilik və maldarlığın da geniş inkişaf etməsi Bərdəni Şərqdə ən zəngin şəhərlərdən birinə çevirmişdi.
*Arran — ərəblər Albaniyanı belə adlandırırdılar