GİRİŞ
Əziz məktəblilər! Siz bu fənn vasitəsilə şanlı Vətənimizin tarixini öyrənəcəksiniz.
Hər kəsə, hər xalqa öz ölkəsi, öz Vətəni əzizdir. Siz də Vətənimizə — Odlar Yurdu Azərbaycana bağlısınız, onunla nəfəs alırsınız, onunla yaşayırsınız! Ona görə də candan artıq sevməlisiniz ana torpaüımıçı, ata yurdumuçu — Azərbaycanımızı! Çönki adi bir torpaq parçası, sadəcə bir ərazi deyil, bizim Vətənimiz. Yer üzünün ən qədim mədəniyyət ocaqlarından biridir ata yurdumuz Azərbaycan! Yüz min illərlə hesablanır torpağımızda ömür sürmüş ən qədim insanın — Azıx adamının yaşı! Azərbaycan ərazisi təbiətinə görə çox zəngin və gözəl iqlimə malik olduğu üçün burada hələ çox qədim zamanlarda insanlar məskən salmadılar. Dünyanın çox görkəmli alimləri uzun axtarışlardan sonra hamılıqla eyni nəticəyə gəlmiş, qiymətli bir xəritə yaratmalar. “Avropanın ən qədim sakinləri” adını vermişlər bu xəritəyə. Dünyada çox ölkələr, xalqlar olmasına baxmayaraq, bu xəritəyə ulu tarixə, şanlı keçmişə malik olan tək-tək məmləkətlərin adı daxil edilib. Onlardan biri də doğma Azərbaycanımızdır! Avropanın ən qədim sakinlərindən, dünyanın ən qədim xalqlarından biridir mənsub olduüumuz böyük Azərbaycan xalqı!
Azərbaycanımız el müdriki Dədəmiz Qorqudun əmanətidir! Dünya mədəniyyətinin zirvəsini fəth edən dahi Nizaminin yadigarıdır Vətən! Doğma dilində dünya poeziyasının şah əsərlərini yaratmış dahi Fözulinin əmanətidir Vətən! Tusilər, Nəsimilər, Mirzə Fətəlilər, Mirzə Cəlillər, Sabirlər, Cavidlər, Səməd Vurğunlar, Üzeyir Hacıbəylilər, Rəsul Rzalar, Şəhriyarların... yurdudur Vətən!
Ana haqqını Tanrı haqqına bərabər tutan Oğuz qəhrəmanı Uruzun, qırx il kölə kimi sürünməkdənsə, bir gün azad yaşamağı üstün tutan Babəkin bizə əmanətidir Vətən!
Şərqə, qərbə, şimala, cənuba elçilər göndərib, elçilər qəbul edən babamız Həsən padşahın yadigarıdır.