Beləliklə, ölkəmizdə din birliyi yarandı. Azərbaycanın gücü daha da artdı. Çünki buradakı türk birliyinə din birliyi də əlavə olundu: indi yadellilərə qarşı təkcə türklər deyil, onlarla birgə bir dinə sitayiş edən qeyri-türk tayfaları da mübarizə aparırdılar. Oğuz igidləri şəhid qanını yerdə qoymayacaqlarına and içərdilər. Oğuzların bu adəti getdikcə bütün Azərbaycan əhalisi içərisində yayılırdı. İndi də bütün Azərbaycan xalqı şəhidlərin qanını yerdə qoymayacağına and içir. Bu bir daha sübut edir ki, xalqımız oğuz igidlərinin adətlərini bu gün də yaşadır.
“Kitabi-Dədə Qorqud” dastanları Azərbaycan və digər türk xalqlarının dünya mədəniyyətinə verdiyi əvəzsiz dəyərlərdən biridir. Ona görə də UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir.