Abadlıq, quruculuq işləri
nəticəsində Albaniya xarabalıqlardan təmizləndi, yeni körpülər, binalar tikildi. Cavanşir xarici və daxili siyasəti ilə Azərbaycan tarixində görkəmli dövlət xadimi olaraq qaldı. Xalqımız onun xatirəsini övladlarına Cavanşir adı qoymaqla yaşadır, onların qəhrəman və cəsur olmasını istəyir.
Sual və tapşırıqlar
- Albaniya—Sasani münasibətləri necə idi?
- Sasani şahının Cavanşirə mükafat verməsinin səbəbi nə idi?
- Albaniya—Xəzər və Albaniya—Bizans münasibətləri haqqında
fikrinizi bildirin.
- Cavanşirin xəlifə ilə görüşlərinin nəticələri nə oldu?
- Cavanşirin Sasani şahı və xəlifə ilə görüşlərini müqayisə edin.
- Cavanşir və Tomirisi Venn diaqramında müqayisə edin.